01.02.2022
30 yanvar 2022-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın içiləri Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar “Şəhidlər ölməzdirlər” adlı videokonfrans keçirdilər.
Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva tədbiri açdı.
Xalqımızın azadlığı ,bütövlüyü uğrunda canlarını qurban vermiş şəhid qardaş və bacılarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Abonement bölmə müdiri Gülnar Nəcəfova 44 gün davam edən Vətən müharibəsi haqqında tədbir iştirakçılarına məlumat verdi, şəhid Yusif Yusifov haqqında danışdı.
2 saylı Yeniyol kənd kitabxana filialının işçisi Məhsəti Qasımova II Qarabağ savaşında canlarını doğma Azərbaycanımızın azadlığı uğrunda fəda etmiş igid oğulların şücaətindən,mərdliklərindən danışdı.
Baş metodist Xatirə Rəhimova şəhid Ceyhun Mustafazadənin, baş biblioqraf Nəzakət Talıbova şəhid Rüfət Əsgərovun, Veyisli kənd kitabxana filialının böyük Sənəm Böyükkişiyeva isə şəhid Sehun İbrahimzadənin həyatı və döyüş yolları barədə məlumat verdilər.
1 saylı Yeniyol kənd kitabxana filialının işçisi Zeynəb Tağıyeva “Şəhid anası” şeirini səsləndirdi.